Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində Qabal İnkişaf Mərkəzinin şagird və tələbələri Tbilisidə Ümummilli Liderin adını daşıyan parkdakı abidəsini ziyarət ediblər. Ziyarət zamanı iştirakçılar abidənin önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
"Unikal" xəbər verir ki, mərkəzin rəhbəri Yavər Məmmədov bu gün müasir Azərbaycanın qazandığı böyük uğurların Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu, onun rəhbərliyi altında ölkəmizin gələcək inkişafı üçün əsaslı strateji addımların atıldığını bildirib. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, dövlətin ideoloji və siyasi əsaslarını formalaşdırdığını söyləyib. Onun mənalı ömür yolunu bugünkü və gələcək nəsillər üçün əvəzolunmaz örnək adlandırıb.