Qazaxıstan müharibəyə hazırlaşmır və “Ərazi müdafiəsi haqqında” qanun layihəsi Rusiyaya qarşı yönəlməyib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Qanun layihəsi yalnız ölkənin daxili təhlükəsizliyinin gücləndirilməsinə yönəlib və heç bir anti-Rusiya əhval-ruhiyyəsini ehtiva etmir”, - Qazaxıstan Müdafiə Nazirliyi qeyd edib.
Nazirliyin nümayəndələri bildiriblər ki, Rusiya Federasiyası Qazaxıstanın strateji tərəfdaşıdır, onunla KTMT, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində mehriban qonşuluq və müttəfiqlik münasibətləri saxlanılır.
Gülayə Mecid