Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yekun vurulub.
"Unikal" xəbər verir ki, 3-cü oyunlar çərçivəsində son matç keçirilib.
“Naxçıvan”la “Abşeron” yarımfinala vəsiqə üçün həlledici oyuna çıxıb. Nominal ev sahibləri son dövrəyə 1 xal üstün yollansalar da, qonaqlar vəziyyəti öz xeyirlərinə dəyişə biliblər. "Abşeron" görüşün son dəqiqələrində daha yaxşı oynayaraq, 5 xal fərqi ilə qalib gəlib.