Sərfəli mobil operator “Nar”ın əsas tərəfdaşlığı, Azərbaycan Rəssamlar İttifaqı və VarYox platformasının təşkilatçılığı ilə baş tutan “Her Art in Action” festivalı uğurla yekunlaşıb.
"Unikal" xəbər verir ki, “Xəyal etmək azadlığı” mövzusuna həsr olunan festival qadınların daxili dünyasını incəsənət vasitəsilə ifadə etməsinə və onların yaradıcılıq imkanlarını genişləndirməsinə töhfə verib.
Sosial inklüzivlik strategiyası çərçivəsində “Nar” 11 nömrəli internat məktəbinin şagirdlərinin sərgiyə qatılmasını təmin edib. Onlar üçün xüsusi kurator gəzintisi və təqdimatlar təşkil olunub. Bu təşəbbüs “Nar”ın incəsənətə çıxış imkanlarını artırıb, gəncləri yaradıcılığa təşviq etmək istiqamətindəki öhdəliyini əks etdirib.
Festival çərçivəsində Lesli Qrey və Ayna Moazzenin kuratorluğu ilə keçirilən sərgidə 23 yerli, 3 beynəlxalq rəssam və 1 beynəlxalq kurator iştirak edib. Rəsm, video, performans və instalyasiyaları əhatə edən ekspozisiya sənətin transformativ gücünü – müqavimət və yenilənmə vasitəsi kimi rolunu vurğulayıb. Bundan əlavə, festival çərçivəsində sənətçi çıxışları, portfolio baxışları və ustad dərsləri kimi müxtəlif tədbirlər də keçirilib, peşəkar inkişaf və yaradıcılıq mübadiləsi üçün zəmin yaradılıb.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.