25.04.2025-ci il tarixində saat 03:15 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 1993-cü il təvəllüdlü şəxs (kişi cinsi) başın sol gicgah nahiyəsinin 2 ədəd kəsib keçən, sol əlin bazu hissəsinin, sol kürək nahiyəsinin sol əlin 5-ci barmağın kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, zəruri tibbi xidmətlər göstərildikdən sonra müvafiq tibb müəssisəsinə təxliyə olunub.
***
Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib ki, hadisə ilə bağlı hazırda Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.
Cinayyəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərinin müəyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Bu barədə əlavə məlumat veriləcək.
*** 12:14
Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, Şəmkir şəhər sakini, 1993-cü il təvəllüdlü O.Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə O.Quliyev münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.
Fakt araşdırılır.
Tural Əhmədov