Bir neçə iş adamına qarşı külli miqdarda dələduzluq edən Quliyev Zəfər Bayram oğlu ilə bağlı yeni faktlar üzə çıxıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə azərbaycanlı iş adamından 5 milyon dollar pulu dələduzluq yolu ilə ələ keçirən Zəfər Quliyev qanunsuz əməllərini hələ də davam etdirir. Belə ki, o, hazırda Türkiyədə müəyyən kriminal qruplaşmalara söykənərək Qasım və Osman adı ilə analoji fəaliyyət göstərir.
Amma Z.Quliyev hələ də Bakıdakı yaxınları vasitəsi ilə də müəyyən addımlar atmaqdadır. Məlumata görə, o, icra başçılarından birinin dayısı oğludur. Hətta Z.Quliyev bəzi sövdələşmələri həmin icra başçısının Ağ Şəhərdəki ofisində həyata keçirib.
Qeyd edək ki, Z.Quliyev qanunsuz əməlləri nəticəsində Xətai rayonunda "Megafun"un binasında böyük kvadrata malik mənzil, bahalı həyət evinə və obyektə sahibdir.
Seymur Əli