Azərbaycanda apteklərin sayı kifayət qədər çoxdur.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur: “Hər addımda aptek görürük. Misal olaraq, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Görünür ki, vaxtında insanlar müraciət edib və lisenziya alıb. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanuna uyğun olub-olmamasını bilmirəm. Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti ilə bağlı, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur. Səhiyyə naziri Teymur Musayevlə danışıqlarımız da olub. Əczaçılıqla bağlı geniş beynəlxalq tədbir keçiriləcək. Bütün bu məsələlərin orada müzakirə ediləcəyi nəzərdə tutulub”.

Anar Kəlbiyev