Cari mövsümün sonunda Türkiyə Superliqasını tərk edəcək ikinci komanda müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu, "Hatayspor" klubudur.

Hatay təmsilçisi ötən gün "Beşiktaş"la qarşılaşıb və 1:5 hesabı ilə uduzub. 

Hazırda komanda turnir cədvəlində 19 xalla 18-cidir. Bununla da sona 5 tur qalmış "Hatayspor"un Superliqa ilə vidalaşacağı dəqiqləşib.

Qeyd edək ki, daha əvvəl 20-ci pillədəki "Adana Demirspor"un Türkiyə çempionatını tərk edəcəyi məlum olmuşdu.