Sərhədin demarkasiyasından sonra Kirants-Voskepar hissəsində yaşayan ermənilər yaşadıqları ərazini tərk etməyə başlayıblar. 

"Unikal" xəbər verir ki, bu barədə Tavuşdan olan jurnalist Voskan Sarkisyan açıqlayıb. 

"Sərhədin demarkasiyasından sonra Kirants-Voskepar hissəsində 30 illik möhkəmləndirilmiş mövqelərin Azərbaycana verilməsi, sərhədlərin müəyyənləşdirilməsinin sonrakı mərhələsi ilə bağlı qeyri-müəyyənlik və Ermənistanda narahatlıq doğuran təhlükəsizlik vəziyyəti ilə əlaqədar Voskepar kəndindən iki ailə bu yaxınlarda Rusiyaya köçüb. Daha iki ailən də getmək istəyir. 

1980-ci illərin ortalarında Voskepar 8 illik məktəbində 330 şagird təhsil alırdısa, hazırda 77 şagird təhsil alır. Voskeparların əhəmiyyətli bir hissəsi Belqorod vilayətinin Starıy Oskol şəhərində və Voronejdə məskunlaşıb", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu