2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Aktau Dəniz Ticarət Limanı vasitəsilə 54 min 923 TEU (iyirmi fut ekvivalent vahidi) daşınıb.

"Unikal" xəbər verir ki, bu barədə AZƏRTAC-a “Aktau Dəniz Ticarət Limanı” Milli Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Kommersiya şöbəsinin rəisi Anuar Nemışov bildirib.

Anuar Nemışovun sözlərinə görə, 2023-cü ildə TBNM üzrə konteyner daşımalarının həcmi 16 min 387 TEU təşkil edib. Beləliklə, 2024-cü ildə bu göstərici üç dəfədən çox artıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, həmçinin Orta Dəhliz kimi tanınır və Çin ilə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.