6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan AXCP funksioneri Elxan Əliyev aclıq aksiyasını dayandırıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Elxan Əliyev aprelin 24-də başlatdığı aclıq aksiyasına bu gün son verib. Penitensiar Xidmət tərəfindən saytımıza məlumat təsdiqlənib. 

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə yaxınlarının E.Əliyevdən 4 gündür xəbər ala bilmədikləri barədə məlumat yayılmışdı. 

Seymur Əli