Aprelin 26-da və 27-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 2500, 2170, 2000, 927, 497, 416, 415, 320, 312, 165, 160, 140, 79, 78, 71, 52, 50, 49, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - deyə DİN-in yaydığı məlumatda qeyd olunub.