"Cəmi beş ildən sonra robotlar tibbi əməliyyatların keyfiyyətinə görə ən yaxşı cərrahları geridə qoya biləcəklər". 

"Unikal" xəbər verir ki, bu fikri ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) kuratoru İlon Mask deyib.

İş adamı qeyd edib ki, onun "Neuralink" şirkəti beyinə elektrodların implantasiyası üçün robotlardan istifadə etməyə məcbur olub, çünki insan əlləri belə əməliyyatı lazımi sürət və dəqiqliklə yerinə yetirmək iqtidarında deyil.

2016-cı ildə əsası qoyulan "Neuralink" startapı insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Sahibkar hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.