Rusiya Qırğızıstana S-300 zenit-raket komplekslərini təhvil verib.

"Unikal" xəbər verir ki,  bu  barədə Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov məlumat yayıb. 

"Bizim vahid hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Biz indi bu birgə sistemin elementlərini - S-300-ü almışıq. Artıq Qırğızıstan ərazisindədir", - rəsmi qeyd edib. 

Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, hava hücumundan müdafiə raket sistemi Bişkekdə keçiriləcək hərbi paradda təqdim oluna bilər.