İspaniya hökuməti ölkə daxilində geniş yayılmış elektrik kəsintiləri fonunda milli elektrik şəbəkəsi operatoru "Red Ectrica"nın qərargahında toplaşan böhran komitəsi yaratdı.

"Unikal" xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat yayıb. 

Nəşr qeyd edir ki, komitənin iclasında baş nazir Pedro Sançes və İspaniyanın baş nazirinin müavini Mariya Xesus Montero iştirak ediblər.

İspaniyanın hava limanının operatoru "Aena"nın məlumatına görə, ölkənin hava limanlarında elektrik enerjisinin kəsilməsi və ehtiyat generatorların işə salınması səbəbindən fasilələr yaşanır.

***16:12

Dörd Aİ ölkəsi - Fransa, Belçika, İspaniya və Portuqaliya irimiqyaslı elektrik kəsilməsi ilə üzləşib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu fonda bütün İspaniyada qatarların, o cümlədən metronun hərəkəti dayandırılıb. İşıqforlar və bəzi hava limanları da fəaliyyətini dayandırıb. Naməlum səbəbdən ölkədə elektrik enerjisi istehlakı 25 184 meqavatdan 12 425 meqavata düşüb. Hələlik baş verənlərlə bağlı rəsmi açıqlama yoxdur.

Fransada elektrik enerjisinin kəsilməsi bütün ölkəyə deyil, yalnız Burgundiyaya təsir edib.

Gülayə Mecid