ADY mülki müdafiə qüvvələri və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin iştirakı ilə davamlı olaraq taktiki-xüsusi təlimlər keçirir, təlimlərə ADY-nin fövqəladə hallar və yanğından mühafizə qatarları, mülki müdafiə qüvvələri və aidiyyəti struktur bölmələrinin işçi heyəti, həmçinin FHN-in, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Tibbi Xidməti cəlb edilir.
"Unikal" xəbər verir ki, bu təlimlər ADY-nin əməyin mühafizəsi sahəsindəki davamlı öhdəliklərini göstərir. Təlimlərin əsas məqsədi fövqəladə hallar barədə xəbərdarlıq edilməsi və onların nəticələrinin aradan qaldırılması üçün idarəetmənin təşkili üzrə bacarıq və vərdişlərin təkmilləşdirilməsi olub.
ADY bu cür mütəmadi təlimlər keçirməklə həm dəmir yolu işçilərinin təhlükəsizliyini təmin edir, həm də bu sahədə yüksək standartları qoruyaraq əməyin mühafizəsinə verdiyi önəmi bir daha nümayiş etdirir.