Tbilisinin Borjomi stansiyasında baş verən yanğın söndürülüb. 

"Unikal" xəbər verir ki, bu  barədə Gürcüstan mətbuatı yazıb. 

Bildirilir ki, hazırda yanğın söndürülüb, hadisədən təsirlənən insanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Yanğın bazara ciddi ziyan vurub. 

***08:55

Gürcüstanın  paytaxtı Tbilisidə bazarda güclü yanğın başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.  

Bildirilir ki, baş verən yanğın böyük ərazini əhatə edib və yanğının söndürülməsi bir neçə saatdır ki, davam edir.

Yanğın nəticəsində ölüm hadisəsi qeydə alınmayıb. 

Gülayə Mecid