Aprelin 29-da qanunsuz saxlanılan silah-sursat aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 tapança, 69 ədəd mərmi və 5 ədəd patron aşkar edərək götürüblər.