Kursk vilayətində gedən döyüşlər zamanı 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
Materialda göstərilir ki, KXDR hakimiyyəti Ukrayna münaqişə zonasına ümumilikdə 15 min hərbi qulluqçu göndərib. Eyni zamanda, Şimali Koreya döyüşçüləri arasında ümumi itkilər yaralılar və ölənlər də daxil olmaqla, təxminən 4,7 min nəfər təşkil edib.
Ağarza Elçinoğlu