Xəbər verdiyimiz kimi, aprelin 28-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb. Hadisə zamanı 2000-ci il təvəllüdlü Orxan Qurbanov aldığı xəsarətdən hadisə yerində ölüb.

"Unikal"ın məlumatına görə, qəzanın qurbanı olan Orxanın dostlarının sosial şəbəkədə paylaşdığı foto diqqət çəkib. 

Belə ki, həmin fotodakı dostların hər üçü yol-nəqliyyat hadisəsinin qurbanı olublar. Onlardan Araz Kazımlı 2023-cü il oktyabrın 4-də idarə etdiyi "Mercedes"lə qəzaya düşərək həyatını itirib.

Əli Cəfərov isə 2024-cü ilin mart ayında Cəbrayılda ağır qəzada dünyasını dəyişib.

Seymur Əli