ABŞ tərəfindən Krımın Rusiyanın bir hissəsi kimi tanınması BMT Nizamnaməsinə zərbə vuracaq və dünya nizamını təhdid edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Forbes" jurnalı amerikalı analitiklərə istinadən yazıb.
Bildirilir ki, “ABŞ tərəfindən Krımın Rusiya ərazisi kimi tanınması BMT Nizamnaməsinə birbaşa hücum” olacaq.
"BMT mahiyyət etibarilə İkinci Dünya Müharibəsindən sonra sərhədlərin güc yolu ilə dəyişdirilməsi ideyasını rədd edən yeni dünya nizamını dəstəkləmək üçün yaradılıb", - məlumatda qeyd olunub.
Bundan əvvəl Britaniyanın “The Telegraph” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp Krımı Rusiyanın mülkü kimi tanımağa hazırdır, çünki o, bunu Ukraynada sülhün əldə olunması üçün məqbul qiymət hesab edir.
Gülayə Mecid