İsrailin baş naziri mayın 7-də axşam “Kanaf Sion” (The Wing of Sion) adlı hökumət təyyarəsi ilə Azərbaycana uçacaq.

"Unikal" xəbər verir ki,  bu barədə “AIA Global News” (“Azerbaijani-Israeli Alliance Global News”) portalı məlumat yayıb. 

Bu o deməkdir ki, Türkiyə təyyarənin öz hava məkanından keçməsinə icazə verib.  

"Bu, Azərbaycanın İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlmiş vasitəçiliyini simvolik uğurunu təmsil edir", - portal yazıb. 

Gülayə Mecid