Rusiyalı müğənni Qriqori Leps Azərbaycanın Xalq artisti Emin Ağalarovu toyuna dəvət etməyib.

"Unikal" xəbər verir ki, bu barədə müğənni Emin Ağalarov Rusiya mediasına açıqlamasında deyib. 

"Bu qapalı bir məclis ola bilər", - deyə Emin toya dəvət olunmamasının səbəbini izah edib. 

Qeyd edək ki, 2024-cü ilin sentyabrında müğənni Qriqori Leps 19 yaşlı Aurora Kibanı həyat yoldaşı elan edib.

Kiba London Moda Kollecinin tələbəsidir və şəxsi brendini yaradıb. 2024-cü ildən Lepslə münasibətə başlayan Aurora uğurlu evliliyin universitetdə oxumaqdan daha yaxşı olduğunu bəyan edib.