103 yaşlı britaniyalı qadın Doroti Ketl uzunömürlülüyünün səbəbinin balıq və tərəvəz olduğunu deyir.

"Unikal" xəbər verir ki, Ketl 1922-ci ildə Dorsetin Pamphill kəndində anadan olub. Qadın uzun illər çörək sexində çalışıb və sonra özünün banket xidməti şirkətini açıb. 1942-ci ildə ailə quran Doroti 70 ildən çox evli qalıb. Onun iki övladı doğulub. Hazırda üç nəvəsi və beş nəticəsi var. 

Britaniyalı qadın növbəti ad gününü qocalar evinin rəhbərliyinin təşkil etdiyi çimərliyə səyahətlə qeyd edib. Ketl uzunömürlülüyünün açarı kimi iki qidaya olan aludəçiliyini hesab edir. "Mən sağlamam, çünki çoxlu balıq və tərəvəz yeyirəm!" - deyə qadın bildirib.