ABŞ prezidenti Donald Tramp dövlət başçısı kimi ilk 100 gündə bir səhvə yol vermədiyini bildirib.
"Unikal" xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.
"Bu, ola biləcək ən çətin sualdır, çünki həqiqətən heç bir səhv etdiyimə inanmıram. Biz keçid dövründəyik və düşünürəm ki, bu, arxayınçılıqdır", - Amerika lideri qeyd edib.
Həmçinin, Donald Tramp ölkəsinin iqtisadi göstəricilərində də söz açıb.
"Düşünürəm ki, siz gələn il hər kəsin təsəvvür edə biləcəyindən çox böyük iqtisadi qələbələr görəcəksiniz. İndi, dediyim kimi, ticarətdə milyardlarla və milyardlarla dollar itiririk. Bunun qarşılığında milyonlarla və milyardlarla dollar qazanacağıq, lakin bu, vaxt tələb edir. Bu, bir gecədə baş vermir, lakin insanların düşündüyündən daha sürətli baş verəcək", - Tramp əlavə edib.
Gülayə Mecid