Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən Azər Şahverdi oğlu Məmmədrəhimov Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib. A.Məmmədrəhimova nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

"Unikal"ın məlumatına görə, bu təyinatadək Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifələrini Rahid Ələkbərli icra edib.

Xatırladaq ki, R.Ələkbərli 31 oktyabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilib. O, həmin tarixdən etibarən nazir vəzifələrini icra edib.

Seymur Əli