Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Zəfər salnaməsi və suverenlik fenomeni” mövzusunda rəsm və inşa müsabiqəsi keçirib.

"Unikal" xəbər verir ki, əvvəlcə Nizami rayon təhsil müəssisələrinin təmsilçilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Bəhmən Hüseynov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev və başqaları çıxış ediblər.

Qeyd olunub ki, rəsm və inşa müsabiqəsində Nizami rayonunun 26 təhsil müəssisəsindən ümumilikdə 120 nəfərədək şagird və tələbə iştirak edib. Müsabiqələrin qaliblərini müəyyənləşdirmək üçün təhsil müəssisələrinin təşkilatçı rəhbərlərindən ibarət münsiflər heyətinin iştirakı ilə təqdim olunmuş işlər dəyərləndirilib.

Çıxışlardan sonra rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Ümumilikdə 26 nəfərin iştirak etdiyi rəsm müsabiqəsində birinci yerə 229 saylı tam orta məktəbin X sinif şagirdi Sevgi Rəşad qızı Məmmədova, ikinci yerlərə 8 saylı UGYM-in tələbəsi Leyla Rövşən qızı Həsənova, 201 saylı tam orta məktəbin VIII sinif şagirdi Rövşanə Rövşən qızı Quliyeva, üçüncü yerlərə isə 10 saylı tam orta məktəbin X sinif şagirdi Nemət Qorxmaz oğlu Babayev və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin şagirdi Nuray Hüseyn qızı Nəbiyeva layiq görülüblər.

90 nəfərin iştirak etdiyi inşa müsabiqəsində isə birinci yerin qalibi 1 nömrəli idman liseyi PHŞ-nin VIII sinif şagirdi Zibeydə Nizaməddin qızı Nəsibova, ikinci yerin qalibləri Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Aynur Qurban qızı Həsənova, 250 saylı tam orta məktəbin VII sinif şagirdi Banu Murad qızı Allahverdiyeva, III yerin qalibləri UNEC nəzdində Qida Sənayesi Kollecinin tələbəsi Aytac Bakir qızı Süleymanova, 251 saylı tam orta məktəbin VIII sinif şagirdi Səma Orxan qızı Ağasoy və 229 saylı tam orta məktəbin VI sinif şagirdi İbrahim Etibar oğlu Həbibzadə olublar.

Qaliblərə medal, diplom və hədiyyələr təqdim olunub. 110 nəfərədək müsabiqə iştirakçısı isə həvəsləndirici sertifikatlarla təltif edilib.