Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.

"Unikal" Report-a istinadən xəbər verir ki, həmyerlimiz bu gün axşam saatlarında onu aparan naməlum şəxslər tərəfindən sərbəst buraxılıb.

V.Osmanovun kimlər tərəfindən aparılıb sonradan buraxılması ilə bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, aprelin 16-da V. Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək məlum olmayan istiqamətə aparılıb. Ondan sonra Vüqarla heç bir əlaqə olmayıb. Yerli polis dərhal rəsmi axtarışa başlayıb.