Gədəbəydə 49 yaşlı qadının xəsarət alması ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. E.Qasımovun sözlərinə görə  araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək. DİN rəsmisi onu da qeyd edib ki hadisə ilə bağlıqarşı tərəfdən N.Quliyev və G.Quliyevin izahatları alınıb. Qeyd edək ki hadisə ailə münaqişəsi zəmnində qeydə alınıb.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsində araşdırma aparılır.

XXX 

21:48

Gədəbəydə qadın bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Rüstəməliyev kəndində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü N.Əsədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov