Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
"Unikal" xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçirilib.
Liqa mərhələsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşan komandalardan ikisi Londonda üz-üzə gəlib. "Tottenhem" "Bodo Qlimt"i sınağa çəkib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gələrək, böyük üstünlük qazanıblar.
Digər matçda isə "Böyük beşlik" təmsilçiləri görüşüb. "Atletik" "Mançester Yunayted"i qəbul edib. Qonaq komanda gözlənilənlərin əksinə uğurlu oyun sayəsində 3 cavabsız qolla qalib gəliblər.