Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq arenada növbəti uğura imza atıb.

"Unikal" xəbər verir ki, universitet 2025-ci ildə ilk dəfə olaraq dünyanın nüfuzlu reytinq sistemlərindən biri olan QS Stars qiymətləndirməsində iştirak edib və ümumi nəticə üzrə ən yüksək göstərici olan 5 ulduzu qazanmağa nail olub.

QS Stars – beynəlxalq ali təhsil müəssisələrinin müxtəlif sahələr üzrə fəaliyyətini qiymətləndirən və 9 əsas meyar üzrə ulduzlarla dəyərləndirən bir sistemdir. Hər bir meyar üzrə maksimal nəticə 5 ulduzla ifadə olunur. AzMİU bu qiymətləndirmədə yüksək nəticə göstərərək, bir sıra sahələrdə 5 ulduzla təltif olunub.

AzMİU-nun QS Stars reytinqində əldə etdiyi nəticələr aşağıdakı kimidir:

• Teaching (Tədris): 5 ulduz

• Facilities (Şərait və imkanlar): 5 ulduz

• Employability (Məzunların məşğulluğu): 5 ulduz

• Good Governance (Səmərəli idarəetmə): 5 ulduz

• Social Impact (Sosial təsir): 5 ulduz

• Global Engagement (Qlobal fəaliyyət): 4 ulduz

• Academic Development (Akademik inkişaf): 3 ulduz

• Arts (İncəsənət): 3 ulduz

• Diversity, Equity and Inclusion (Müxtəliflik, bərabərlik və inklüzivlik): 5 ulduz 

Bu nəticə AzMİU-nun tədris keyfiyyəti, kampus imkanları, məzunlarının əmək bazarına uğurlu inteqrasiyası, idarəetmə mexanizmləri və beynəlxalq əməkdaşlıqlar sahəsində göstərdiyi yüksək səviyyəli fəaliyyətinin bariz göstəricisidir.

AzMİU-nun QS Stars reytinqində əldə etdiyi ümumi 5 ulduzlu nəticə universitetin beynəlxalq standartlara cavab verdiyini, davamlı inkişaf strategiyasına malik olduğunu və qlobal təhsil məkanında mövqeyini möhkəmləndirdiyini təsdiqləyir.