İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığında hava hücumları həyata keçirib.

"Unikal" xəbər verir ki, İsrailin müdafiə naziri Israel Katz hücumun “mesaj” olduğunu açıqlayıb.

Hücum cümə günü səhər tezdən baş verib.  İsrail ordusu bəyanat yayaraq, döyüş təyyarələrinin Suriya prezidenti Əhməd əş-Şaraa sarayının ətrafını hədəf aldığını bildirib.