Gənclərin gündən-günə artan səsgücləndirici maraqları... Bəzi avtomobillərin səsboğucu hissəsinə müxtəlif avadanlıqlar əlavə edilir və maşınların səsi süni şəkildə artırılır. Hətta bunu nümayişkəranə şəkildə sosial şəbəkələrdə paylaşanlar da var...
Bəs bu məsələ qanunla necə tənzimlənir?
"Unikal" xəbər verir ki, məsələ ilə bağlı Xezerxeber-ə danışan usta Vüsal Qafarov deyir ki, bu proses müəyyən qaydalar əsasında həyata keçirilir. Qiymətlər isə 100-500 manat arasında dəyişir. Qiymətlərin aşağı və yüksək olması mühərriklərdən asılıdr.
Usta deyir ki, səsgücləndirici yerləşdirilərkən müəyyən nüanslara nəzərə alınır.
Bununla bağlı qanunvericilikdə müəyyən standartlar da var.