“Nə qədər biz müdafiə sistemini gücləndiririksə, anlamalıyıq ki, hücum sistemləri də inkişaf edir. Sadəcə olaraq ayıq olmalıyıq”.
"Unikal" xəbər verir ki, bunu deputat Rasim Musabəyov Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyası tərəfindən “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
“Biz texniki məsələləri mütəxəssislərə saxlasaq da, bunun siyasi tərəfləri də var. Rusiya ərazisindən Azərbaycana kiberhücum əslində qəbulolunmazdır. Çünki bizim Rusiya ilə müqaviləmiz var. Kiberhücumlar əslində hərbi hücumla bərabər və təxribat kimi qiymətləndirilir. Fərz edirəm ki, müvafiq qurumlar Rusiya ilə bu məsələni müzakirə etməlidir. Çünki təkrarlanacağı halda konkret olaraq siyasi səviyyəyə qaldırıla bilər”, - deyə deputat bildirib.
Anar Kəlbiyev