Mayın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub.
"Unikal"ın məlumatına görə, nüzakirələrdən sonra Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynovanın YAP Veteranlar Şurasının tərkibinə daxil edilməsi barədə qərar qəbul olunub.
Xatırladaq ki, Arif Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi, Fidumə Hüsynova isə Binəqədi rayonunun icra başçısı və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavini işləyib.
Seymur Əli