Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) aprel ayı üçün tanınma üzrə statistik məlumatları açıqlayıb.
Agentlikdən "Unikal"a bildirilib ki, aprel ayı üzrə 433 müraciətçinin 351-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 63 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 7 təhsil forması, 3 dövlət nümunəli olmayan diplom, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 2 bakalavr diplomu üzrə imtina verilmə, 2 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması və akkreditasiyasız filial, 2 ekvivalenti olmayan ixtisası göstərmək mümkündür.
Ötən ay ölkələr üzrə Türkiyədən 146, Ukraynadan 64, Rusiyadan 133, Birləşmiş Krallıqdan 10, Gürcüstandan 30, Macarıstandan 9, İtaliyadan 7, Amerika Birləşmiş Ştatlarından 6, Litvadan 4, Almaniya, Belarus, Çin, Koreyadan hər ölkə üzrə 3, Polşadan 2, Birləşmiş Ərəb Əmirlikləri, İran, İrlandiya, İsveç, Kanada, Rumıniya, Latviya, Misir Ərəb Respublikası, Qazaxıstandan hər ölkə üzrə 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 75, biznesin idarə edilməsi üzrə 29, maliyyə üzrə 29, iqtisadiyyat üzrə 25 müraciət qeydə alınıb.