Tbilisi prospektində 8 milyon ABŞ dollarına dəbdəbəli villa satışa çıxarılıb.

"Unikal" demokrat.az-a istinadən xəbər verir ki, villa Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur.

Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyev yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilir.