Ermənistanın Alaverdi şəhərinin Sənahin stansiyası ərazisində müvəqqəti metal körpü quraşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.
O bildirib ki, keçən il baş verən sel nəticəsində körpü tamamilə dağılıb. Yeni metal körpü İran tərəfindən bağışlanıb və hazırda avtomobillər üçün açıqdır.