Mayın 3-də Lefkoşada Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, görüş Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtında davam edən “TECHNOFEST-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı çərçivəsində baş tutub.

Qardaş ölkənin Müdafiə Nazirliyinin hesablarında görüşün fotoları yerləşdirilib.