Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ Prezidenti Donald Trampla görüşünün yeni təfərrüatlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, Zelenski jurnalistlərə açıqlamasında Vatikanda Trampla görüşünün nəticə verdiyini bildirib.
“Prezident Trampla, məncə, biz hamıdan yaxşı söhbət etdik. Bu, ən qısa görüş ola bilər, amma ən məzmunlu söhbət oldu. Komandalarımıza hörmətlə yanaşırıq, amma təkbətək format, mənim fikrimcə, işə yaradı”, - deyə Zelenski əlavə edib.
Zelenskinin sözlərinə görə, yerin təki sazişinin özü ABŞ-ın gələcək investisiyaların, xüsusən də Ukrayna və ukraynalıları hava hücumundan müdafiə ilə qorumağa imkan verir: “Biz hava hücumundan müdafiə sistemləri almağa hazırıq. Mən Trampa lazım olan məlumatı verdim və istərdim ki, ABŞ silahlarını almaq imkanı olsun”, - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, mayın 1-də Ukrayna və ABŞ arasında “yerin təki sazişi” kimi tanınan iqtisadi əməkdaşlıq sazişi imzalanıb. Sənədi Ukraynanın Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko və ABŞ-ın maliyyə naziri Skot Bessent imzalayıblar. Müqavilə imzalandıqdan sonra Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko bildirib ki, Vaşinqton Ukrayna şəhərlərini Rusiyanın raket hücumlarından qorumaq üçün yeni hava hücumundan müdafiə sistemləri təqdim edə bilər