Goranboyda minik maşını aşıb.
"Unikal"ın məlumatına görə, hadisə Goranboy-Naftalan yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1989-cu il təvəllüdlü A.Həsənova hadisə yerində həyatını itirib. Sürücü 1994-cü il təvəllüdlü F.Zeynalov xəsarət alaraq xəstəxanaya aparılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov