Küveyt ordusunun Baş Qərargahı qadınların hərbi xidmətə könüllü olaraq qoşulmaları üçün qeydiyyat prosesini mayın 4-də açıq elan edir.

"Unikal" “Əl-Cəridə” qəzetinə istinadla xəbər verir ki, bu məqsədlə Müdafiə Nazirliyinin rəsmi saytında xüsusi link yerləşdirilib.

Qeydiyyat prosesi üç gün davam edəcək.

Könüllü hərbi xidmət proqramı orta məktəb şəhadətnaməsi olanlara şamil edilir. 3 ay davam edəcək proqramı uğurla başa vuranlara münasib rütbələr veriləcək. Təlimlər yalnız səhər saatlarında keçiriləcək və iştirakçılar hərbi düşərgələrdə gecələməyəcəklər.