Metronun “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyalarına şəhər şəbəkəsindən ötürülən yüksəkgərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Məlumata görə, qeyd edilən istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

“Qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb. Bakı metrosunun stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir”, - deyə məlumatda bildirilir.

***

15:13

Bakı metrosunun "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir.

Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.

Sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadə qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahiş edirik.