Gəncədə qadın özünə kəsici ailətlə xəsarət yetirib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb. Şəhər sakini - 1996-cı il təvəllüdlü Şölə Şükürova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, Ş.Şükürova qonşusuna əsəbiləşərək özünə kəsici ailətlə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov