Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
*** 09:23
Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə yola düşüb.
"Unikal" xəbər verir ki, Belarus Baş naziri Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, ikitərəfli münasibətlər müzakirə olunacaq.
Eyni zamanda o, azərbaycanlı həmkarı Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşlər keçirəcək.