Azərbaycan komandoları Moskva küçələrində Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş parada hazırlaşırlar.
"Unikal" xəbər verir ki, komandolarımız axşam saatlarında "hər şey Vətən üçün!" şüarı ilə hazırlıq keçidi ediblər.
Qeyd edək ki, mayın 9-da komando bölməsinin 80 azərbaycanlı hərbçisi Rusiyanın baş meydanında yürüş edəcək. Komandolarımız paradda öz hərbi geyimlərində olacaqlar.
Məlumata görə, bütün hərbi qulluqçular İkinci Qarabağ müharibəsinin iştirakçılarıdır və igidlik və şücaətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çoxsaylı orden və medallarla təltif olunublar.
Ağarza Elçinoğlu