"Neftçi" yeddi futbolçusu ilə vidalaşıb.

Klubdan "Unikal"a verilən məlumata görə, Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb. Bu oyunçularla sözləşmə yenilənməyib.

Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.