Tərtərdə yol qəzası  baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Şıxarx qəsəbəsinə gedən avtomobil yolunda baş verib. Minik avtomobillərinin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1994-cü  il təvəllüdlü Əhmədli Tural Sabir oğlu, 2000-ci il təvəllüdlü xanımı Əhmədli Süsən Qəhrəman qızı və ailənin 2024-cü il təvəllüdlü övladı Əhmədli Ahu Tural qızı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov