Göygöldə yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. Hərəkətdə olan minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı minik maşınındakı sərnişin 1970-ci il təvəllüdlü Nazilə Musayeva və bir kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov