Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər.

"Unikal" Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "X" hesabına istinadla xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, söhbət birgə elektron hərbi təlimlərdən gedir:

"Mayın 26-30-da Konyada Türkiyə-Azərbaycan birgə elektronik hərbi təlimlərin keçirilməsi planlaşdırılır".